"Turan Tovuz"lu futbolçunun milli komandası 1/4 finalda dayandı

"Turan Tovuz"lu futbolçunun milli komandası 1/4 finalda dayandı

ABŞ-də keçirilən futbol üzrə Amerika Kubokunda 1/4 final mərhələsinin oyunları başa çatıb.

Mediasport.az xəbər verir ki, "Turan-Tovuz"un müdafiəçisi Roderik Millerin şərəfini qoruduğu Panama millisi Kolumbiyaya uduzub (0:5). Meydana start heyətində çıxan Miller fasilədə əvəzlənib.

Uruqvay - Braziliya (0:0) matçının əsas vaxtı qolsuz heç-heçə ilə yekunlaşıb və qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Bu məqamda daha dəqiq olan Uruqvay 4:2 hesabı ilə qazanıb.

Yarımfinal mərhələsinin cütləri də artıq məlumdur: Argentina Kanada ilə, Uruqvay Kolumbiya ilə üz-üzə gələcək.

Amerika Kuboku. 1/4 final

Kolumbiya - Panama 5:0

Qollar: Con Kordoba, 8; Xames Rodriges, 15 (penalti); Luis Dias, 41; Riçard Rios, 70; Miguel Borxa, 90+4 (penalti).



Uruqvay - Braziliya 0:0 (penaltilər - 4:2)

Qırmızı vərəqə: Nahitan Nandes, 74.



Yarımfinal cütləri

10 iyul

04:00 Argentina - Kanada

11 iyul

04:00 Uruqvay - Kolumbiya