120+8-ci dəqiqədə vurulan qolla La Liqaya vəsiqə qazandılar

120+8-ci dəqiqədə vurulan qolla La Liqaya vəsiqə qazandılar

Futbol üzrə İspaniya La Liqasına vəsiqə qazanan sonuncu komanda müəyyənləşib.

MediaSport.az xəbər verir ki, "Alaves" 2023/2024-cü illər mövsümündə Primeroda mübarizə aparacaq.

Yenidən La Liqaya qayıdan basklar həlledici görüşdə "Levante"ni məğlub ediblər.

Tərəflər arasında ilk matç 0:0 hesabı ilə başa çatsa da, cavab duelinin 120+8-ci dəqiqəsində penaltidən fərqlənən "Alaves" "Las Palmas" və "Qranada" kimi adını La Liqanın iştirakçıları siyahısına yazdırıb.