Dünya futbolunun canlı əfsanəsi Bakıda kimsəsiz uşaqlarla görüşdü

Dünya futbolunun canlı əfsanəsi Bakıda kimsəsiz uşaqlarla görüşdü

2022-ci ildə Braziliya milli komandası ilə dünya çempionu olmuş əfsanəvi futboluçu Ronaldinyo Qauşunun Bakıda kimsəsiz uşaqlarla görüşü olub.

Mediasport.az xəbər verir ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi və əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin benefesiarları ilə görüşüb.

Qeyd edək ki, Ronaldinyo noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.