"Sabah" İsveç klubu ilə qarşılaşır
"Sabah" basketbol klubu bu gün FİBA Avropa Kubokunda növbəti oyununa çıxacaq.
Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu qrup mərhələsinin 6-cı turunda "Norrçöppinq Dolfins"lə (İsveç) üz-üzə gələcək.
G qrupunun digər oyununda liderlik uğrunda "Marussi" (Yunanıstan) "Spiru" (Belçika) ilə qarşılaşacaq.
Təmsilçimiz oynadığı 5 matçın hamısında məğlub olduğu üçün qrupdan çıxmaq şansını itirib.
Xatırladaq ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 4 turdan sonra qrup sonuncusudur.
FİBA Avropa Kuboku. G qrupu. 6-cı tur
22:00 "Norrçöppinq Dolfins" (İsveç) - "Sabah" (Azərbaycan)
Hakimlər: Ritvars Helmsteins (Latviya), Karol Kovalski (Finlandiya), David Tomasson (İslandiya)