FİFA prezidenti Bakı səfəri haqda: "COP29-a dəvət almaq şərəfli idi"

FİFA prezidenti Bakı səfəri haqda: "COP29-a dəvət almaq şərəfli idi"

"Qlobal iqlim problemlərini həll etmək üçün dünya liderlərinin toplaşdığı Bakıda keçirilən COP29-a dəvət almaq şərəfli idi".

Mediasport.az xəbər verir ki, bunu FİFA prezidenti Canni İnfantino şəxsi instaqram hesabında paylaşıb.

Dünya futbol təşkilatının rəhbəri bildirib ki, tədbirdə planetin, həmçinin futbolun gələcəyini Prezident İlham Əliyev, bir çox dövlət başçısı və hökumət nümayəndəsi ilə müzakirə edilib:

"FİFA beynəlxalq təşkilat olaraq, ətraf mühit və iqlimin qorunmasına ciddi yanaşır. Buradakı tədbirdə iştirak edən hər kəsin ümimi məqsədi var ki, bundan məmnun oldum:

uşaqlarımız və onların gələcəyi. FIFA iqlim dəyişikliyi ilə bağlı mühüm qlobal məsələdə öz rolunu oynamağa davam edəcək.

Prezident İlham Əliyevə, AFFA-ya və Azərbaycandakı hər kəsə təşəkkür edirəm".