Marandiçi 46 dəqiqə oynadı, Moldova səfərdə Maltaya uduzdu

Marandiçi 46 dəqiqə oynadı, Moldova səfərdə Maltaya uduzdu

UEFA Millətlər Liqasında 4-cü turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, birinci oyun günündə 8 qarşılaşma baş tutub.

"Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram və "Turan Tovuz"un müdafiəçisi Denis Marandiçinin formasını geyindiyi Moldova millisi Malta ilə bacarmayıb.

Avram qarşılaşmanı kənardan izləyib, matça əsas heyətdə başlayan Marandiçi 46-cı dəqiqədə əvəzlənib.

UEFA Millətlər Liqası. 4-cü tur

B Liqası. 2-ci qrup

Finlandiya - İngiltərə 1:3

Yunanıstan - İrlandiya 2:0

Xal durumu: Yunanıstan - 12, İngiltərə - 9, İrlandiya - 3, Finlandiya - 0

B Liqası. 3-cü qrup

Qazaxıstan - Sloveniya 0:1

Avstriya - Norveç 5:1

Xal durumu: Norveç - 7, Avstriya - 7, Sloveniya - 7, Qazaxıstan - 1

C Liqası. 4-cü qrup

Ermənistan - Şimali Makedoniya 0:2

Farer Adaları - Latviya 1:1

Xal durumu: Şimali Makedoniya - 10, Ermənistan - 4, Latviya - 4, Farer Adaları - 3

D Liqası. 1-ci qrup

Lixtenşteyn - Cəbəllütariq 0:0

Xal durumu: Cəbəllütariq - 5, San Marino - 3, Lixtenşteyn - 2

D Liqası. 2-ci qrup

Malta - Moldova 1:0

Xal durumu: Moldova - 6, Malta - 6, Andorra - 0.