"Neftçi"nin sabiq rəsmisi "Kəpəz"ə sponsor tapdı - Müqavilə bağlandı

"Neftçi"nin sabiq rəsmisi "Kəpəz"ə sponsor tapdı - Müqavilə bağlandı

Bu yaxınlarda fəaliyyətə başlayan "IQ Sports" media və marketinq agentliyinin vasitəçiliyi ilə ilk sponsorluq müqaviləsi reallaşıb.

Mediasport.az xəbər verir ki, agentliyin dəstəyi ilə "Kəpəz"lə "Aqua Life Qax" suları arasında müqavilə bağlanıb.

Gəncə klubu "Aqua Life Qax" suları ilə təmin olunacaq.

Tərəfdaşlıq müqaviləsini "Kəpəz" PFK İB-nin İdarə Heyətinin sədri İlqar Nadiri və "Maximus" MMC-nin direktoru Elnur Kosayev imzalayıblar.

Müqaviləyə əsasən şirkət mövsüm ərzində qərblilərin su təminatını həyata keçirəcək.

"Kəpəz"in əsas komandasının oyun formalarında şirkətin loqosu əks olunacaq.

Qeyd edək ki, "IQ Sports" agentliyinin rəhbəri ötən ilin sentyabrınadək "Neftçi"də çalışmış Rüstəm Allaverdiyev olub.