Dünya ikincisi olan idmançımız paralimpiadaya lisenziya qazandı

Dünya ikincisi olan idmançımız paralimpiadaya lisenziya qazandı

Azərbaycanın para-üzgüçüsü Raman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında gümüş medal əldə edib.

MediaSport.az xəbər verir ki, 3-qat paralimpiya çempionumuz 100 metr məsafəyə arxasıüstə üzmə növündə 1:00.83 nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Saley bununla da Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak hüququ qazanıb.