Daha bir idmançımız Avropa çempionatında qızıl medal qazanıb

Daha bir idmançımız Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycanın paraüzgüçüsü Vəli İsrafilov Portuqaliyada keçirilən açıq Avropa çempionatında qızıl medal qazanıb.

Mediasport.az xəbər verir ki, təmsilçimiz 100 metr məsafəyə brass üsulu ilə üzməkdə finişə birinci çatıb.

Qeyd edək ki, turnirin ilk günündə Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə Avropa çempionu olub, daha sonra eyni məsafəyə kəpənək üsulu ilə üzməkdə gümüş medal qazanıb.