Fərid Qayıbov Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq çərçivəsində Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşüb.
Mediasport.az xəbər verir ki, görüş zamanı nazir Fərid Qayıbov Uşaq Səfirlər Məclisi və onun fəaliyyəti ilə maraqlanıb, iştirakçılarla gənclər və idman siyasəti, gənclər üçün yaradılan imkanlar barədə müzakirələr aparıb və uşaqların suallarını cavablandırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan Uşaq Səfirlər Məclisinin üzvləri faydalı və maraqlı görüşə görə Fərid Qayıbova təşəkkür ediblər.
Sonda nazir iştirakçılara tövsiyələrini verib, uğurlar diləyib və onlara Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasında əyləncə üçün şərait yaradıldığını bildirib.
Görüşün sonunda uşaqlar buz meydançasında əyləncəli vaxt keçirib, öz bacarıqlarını sınayıblar.