"Açıq deyirik ki, Azərbaycanla matç əsas oyun olacaq" - Estoniyalı Karol
Estoniyanın futbolçusu Karol Mets UEFA Millətlər Liqasının Azərbaycan millisi ilə qarşılaşmasından söz açıb.
Mediasport.az xəbər verir ki, o, yığma komandamızla görüşün C Liqasında mübarizəni davam etdirmək üçün vacib olduğunu bildirib:
"Həm Azərbaycan, həm də Slovakiya ilə oyun çox vacibdir. Son zamanlar daha böyük komandalara qarşı yaxşı nəticələrimiz olmayıb. Ancaq əsas diqqət, şübhəsiz ki, Azərbaycanla oyuna yönələcək. Açıq deyirik ki, bu, əsas oyun olacaq. C liqasında qalmaq üçün böyük addım ata bilərik".
Xatırladaq ki, Estoniya - Azərbaycan oyunu 16 noyabr, 18:00-da Qəbələ şəhər stadionunda təşkil olunacaq.