"Şamaxı"nın baş məşqçisi bunu bacaran 13-cü mütəxəssis oldu
"Şamaxı" Azərbaycan Premyer Liqasının 6-cı turunda "Sumqayıt"ı məğlub edib (1:0).
Mediasport.az xəbər verir ki, həmin matç bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov üçün əlamətdar olub.
43 yaşlı mütəxəssis Azərbaycan çempionatlarında baş məşqçi kimi 200-cü dəfə komandasını meydana çıxarıb.
Çalışdırıcı karyerası ərzində dörd klubda çalışıb. O, Premyer Liqada "Zirə"ni 44, "Sumqayıt"ı 79, "Turan Tovuz"u 72, "Şamaxı"nı 5 görüşə çıxarıb. Abbasovun komandaları 67 qələbə qazanıb, 55 heç-heçə edib və 78 dəfə uduzub.
Baş məşqçi Azərbaycan çempionatları tarixində 200 və daha çox matça baş məşqçi kimi çıxan 13-cü mütəxəssisdir.