"Düzgün oyun apardıq və layiq olduğumuz qələbəni əldə etdik"

"Düzgün oyun apardıq və layiq olduğumuz qələbəni əldə etdik"

"Dinamo" (Zaqreb) UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ"ın qonağı olub (2:0)

Mediasport.az xəbər verir ki, Xorvatiya təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç qarşılaşmadan sonra keçirilən mətbuat konfransında iştirak edib:

"Komandamı təbrik edirəm. Rəqibi yaxşı analiz etdikdən sonra, bunun sayəsində yaxşı nəticə də göstərə bildik. Müdafiəni yaxşı qurduq, əsasən də sağ cinahı. Ona görə keyfiyyətli oyun göstərdik. Bəzi problemlərin olduğunu da gördük. Lakin ümumilikdə çox ciddi oyun göstərdik. Oyunçularıma təşəkkür edirəm. Düzgün şəkildə oyun apardıq və layiq olduğumuz qələbəni əldə etdik".

Zaqreb klubu iki oyunun nəticəsinə görə, "Qarabağ"ı 5:0 hesabı ilə məğlub edib.