Azərbaycan millisi Monteneqro seçməsi üzərində qələbə qazanıb

Azərbaycan millisi Monteneqro seçməsi üzərində qələbə qazanıb

Mini-futbol üzrə Azərbaycan milli komandasının Monteneqroda təlim-məşq toplanışını davam edir.

Mediasport.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv beynəlxalq turnir çərçivəsində növbəti görüşünə çıxıb.

Komandamız meydan sahiblərinə şans verməyib - 4:2.

Xatırladaq ki, yarışda son dünya çempionu Rumıniyaya 0:1 hesabı ilə məğlub olan millimiz Bosniya və Herseqovinaya 6 cavabsız qol vurub.