"Bavariya" Almaniya klubuna bu dəfə 27 cavabsız qol vurdu - VİDEO
Almaniya nəhəngi “Bavariya” yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
MediaSport.az xəbər verir ki, Münhen təmsilçisi həvəskarlardan ibarət yerli “Rottax-Egern” komandasının qapısından 27 cavabsız top keçirib.
"Pivəçilər"in heyətində 13 futbolçu qol vurub. Komandanın 3 üzvü 5 qolla yadda qalıb - Marsel Sabitser, Matis Tel və Camal Musiala.
Serj Qnabri het-trik edib, Leroy Sane, Dayo Upamekano, Nussar Mazraui, Alfonso Deyvis, Rafael Gerrero, Rayan Qravenberx, Konrad Laymer, Kinqsli Koman və Sadio Mane isə hərəyə bir dəfə fərqləniblər.
Maraqlıdır ki, "Bavariya" bu komandaya 2018-ci ildə 20:2, 2019-cu ildə isə 23:0 hesabı ilə qalib gəlib.