Ehtiram Quliyev: "AFFA İK-da özümüz olmaq istəmədik"

 Ehtiram Quliyev: "AFFA İK-da özümüz olmaq istəmədik"

"Turan Tovuz"un Müşahidə Şurasının sədri Ehtiram Quliyev AFFA-nın yeni İcraiyyə Komitəsinin tərkibində yer almamalarına münasibət bildirib.

Mediasport.az xəbər verir ki, "Huner Group" şirkətinin rəhbəri bu barədə "ARB24" kanalına müsahibəsində məlumat verib.

İş adamı İcraiyyə Komitəsində üzv kimi təmsil olunmamalarına aydınlıq gətirib:

"AFFA İcrraiyyə Komitəsində özümüz olmaq istəmədik və yaxın gələcək üçün belə bir planımız da yoxdur. Bizi orda görmək istəmələri çox normaldır. Amma orda olmaq üçün gərək, bizim namizədimiz ola. Klub tərəfindən bizə müraciət olundu, biz namizədliyimizi irəli sürmədik".

Ehtiram Quliyev müraciət etməmələrinin səbəbini belə izah edib:

"Bunun bir neçə səbəbi var. Əvvəla, biz futbola yeni gəlmişik. Hələ "Turan Tovuz"da görüləcək işlərimiz çoxdur. Enerjimizi, vaxtımızı əsasən "Turan Tovuz"a ayırmağı daha düzgün hesab edirik. Bu mənada təcrübə toplayacağıq, futbol bilgilərimizi daha artıracağıq. Klublar Komitəsində şəxsən iştirak edirəm. Bizə İcraiyyə Komitəsinin Klublar Komitəsində alınan qərarlara, fikirlərə münasibət bildirəndə daha diqqətli olacağı deyilib".