"Qarabağ" üçün ÇL-də daha bir rəqib: Ağdam klubu 2 mərhələ keçsə...

"Qarabağ" üçün ÇL-də daha bir rəqib: Ağdam klubu 2 mərhələ keçsə...

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın 2023/2024-cü illər mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində yer alacağı səbət müəyyənləşib.

mediasport.az xəbər verir ki, Ağdam təmsilçisi ilk 2 mərhələni uğurla keçsə, növbəti raundda da səpələnmişlərin sırasında yer alacaq.

Artıq III təsnifat mərhələsindəki potensial rəqiblərdən biri məlumdur. "Köhlən atlılar" ilk iki raundda uğur qazansa, 6 mümkün rəqibdən biri - Yunanıstan təmsilçisi AEK-lə (Afina) qarşılaşa bilər.

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 20-də keçiriləcək. Bir gün sonra II raundun, iyulun 24-də isə III mərhələnin püşkü atılacaq.