Gürcüstan millisi ölkə futbolu adına tarix yazdı - Avropa çempionatı

Gürcüstan millisi ölkə futbolu adına tarix yazdı - Avropa çempionatı

Gürcüstan və Rumıniyanın ev sahiblik etdiyi futbol üzrə U-21 Avropa çempionatının final mərhələsində 3-cü turun oyunları keçirilir.

MediaSport.az xəbər verir ki, yarışın əvvəlindən sürpriz nəticələrlə yadda qalan meydan sahibi Gürcüstan yığma komandası ölkə futbolu tarixində ilkə imza atıb.

Vaxtilə Azərbaycanda "İnter"in (indiki "Şamaxı") baş məşqçisi olmuş Zaur Svanadzenin oğlu Ramaz Svanadzenin rəhbərlik etdiyi milli komanda Niderland, Portuqaliya və Belçika kimi futbol ölkələrinin yer aldığı qrupu məğlubiyyət görmədən - lider kimi bitirərək 1/4 finala vəsiqə qazanıb.

Ötən mövsümü Azərbaycan çempionatının gümüş medalçısı "Sabah"da keçirmiş Aleksey Kaşşukun heyətində olduğu Ukrayna millisi yarışın cari qalibi İspaniya ilə matçda da məğlub olmamaqla, 1/4 finala pireneylilərlə birgə 7 xalla çıxdı.

Qalan 2 qrupun 4 oyunu isə bu gün keçiriləcək. İngiltərə - Almaniya oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcəklər. Matçın baş hakimi Əliyar Ağayev olacaq. Ona Akif Əmirəli ilə Zeynal Zeynalov kömək edəcəklər.


U-21 Avropa çempionatı. Final mərhələsi. Qrup oyunları. 3-cü tur

Niderland - Gürcüstan 1:1

Portuqaliya - Belçika 2:1

Xorvatiya - Rumıniya 0:0

İspaniya - Ukrayna


U-21 Avropa çempionatı. Final mərhələsi. Qrup oyunları. 3-cü tur

20:0 İngiltərə - Almaniya

20:00 İsrail - Çexiya

22:45 :İtaliya - Norveç

22:45 İsveçrə - Fransa