"Zirə"də yeni ad - RƏSMİ

"Zirə"də yeni ad - RƏSMİ

2023/2024-cü illər mövsümünün çalışmalarını davam etdirən “Zirə” heyətini futbolçu ilə gücləndirib.

MediaSport.az xəbər verir ki, qəsəbə təmsilçisi Tiaqo Silvanı heyətinə qatıb.

23 yaşlı portuqaliyalı qapıçıyla 2+1 illik müqavilə imzalanıb.

Qolkiper ölkəsinin “Vitoriya" (Gimaraeş), “Leyşoeş” və “Trofense” klublarının şərəfini qoruyub.