"Səbail" Ağayevin transferini açıqladı

"Səbail" Ağayevin transferini açıqladı

Əsas komandadan 12 futbolçu ilə vidalaşan "Səbail", dünən xəbər verdiyimiz kimi, (https://mediasport.az/ozel-sebail-milli-komandanin-qapicisi-ile-1-illik-muqavile-bagladi) Səlahət Ağayevi heyətinə qatıb.

Bayıl təmsilçisi "Qəbələ" ilə müqaviləsi başa çatan qapıçı ilə anlaşmanı rəsmiləşdirib.

32 yaşlı qolkiper gələn mövsümün sonuna qədər "dənizçilər"in uğurları üçün çalışacaq.