Əlilliyi müəyyən edilmiş uşaqlar kubokun finalında - FOTOLAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 və 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Sosial xidmət müəssisəsində xidmət göstərilən uşaqlar "Qarabağ" və "Zirə" komandaları arasında ötən gün keçirilən Azərbaycan Kubokunun final oyununda qonaq olublar.
Mediasport.az xəbər verir ki, hər iki komandanın oyunçuları əlilliyi müəyyən edilmiş uşaqların müşayiəti ilə meydana çıxıblar.
Müəssisə sakinlərinin köynəklərinin üzərində yazılan “Uşaq gülərsə, dünya gülər” sloqanı final oyununa xüsusi rəngarənglik qatıb.
Sosial Xidmətlər Agentliyi və Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə bu əhəmiyyətli oyunda uşaqların meydançaya çıxma səbəbi həm də həssas əhali qruplarından olan şəxslərə qarşı cəmiyyətin diqqətinin artırılması, onların sosial reabilitasiyasının və inteqrasiyasının təşkilidir.