Sumqayıtda anşlaq olacaq: "Neftçi" ilə oyuna biletlərin hamısı satılıb

Sumqayıtda anşlaq olacaq: "Neftçi" ilə oyuna biletlərin hamısı satılıb

Azərbaycan Premyer Liqasının 21-ci turunda keçiriləcək “Sumqayıt” – “Neftçi” oyununda anşlaq olacaq.

“Gənclik şəhəri” təmsilçisinin mətbuat xidmətindən Mediasport.az saytına verilən məlumata görə,  yenidənqurmadan sonra ilk dəfə matç təşkil olunacaq Mehdi Hüseynzadə adına şəhər stadionundakı görüş üçün satışa çıxarılan biletlərin hamısl satılıb.

9000-ə yaxın tamaşaçı tutumuna malik stadionda baş tutacaq qarşılaşmaya çıxarılmış 8800 biletin hamısı alınıb.

Qeyd edək ki, görüş sabah saat 15:00-da başlanacaq. Qarşılaşmadan əvvəl iki müğənni - Hiss və “Sumqayıt uşağı” Murad Arif konsert proqramı ilə çıxış edəcəklər.