Azərbaycan klubları PSJ-nin 23 yaşlı yetirməsi üçün mübarizə aparır

Azərbaycan klubları PSJ-nin 23 yaşlı yetirməsi üçün mübarizə aparır

Heyətini gücləndirməyə çalışan "Neftçi" və "Sabah" PSJ-nin yetirməsi Musa Sissakonu transfer etmək istəyir.

mediasport.az xəbər verir ki, hər iki təmsilçimiz 22 yaşlı fransalı futbolçunu heyətinə qatmaq üçün formasını geyindiyi "Soçi"yə dəvət göndərib.

Rusiya mətbuatı yazır ki, "ağ-qaralar" Mali əsilli mərkəz müdafiəçisinə görə qarşı tərəfə 250 min, "bayquşlar" isə 200 min dollar təklif etsələr də, məbləğ Soçi təmsilçisini razı salmayıb. Məlumata görə, əsasən "Neftçi" məbləği bir qədər artıraraq yenidən müraciət etməyi planlaşdırır.

PSJ-nin yetirməsi B komandasında 24 oyuna 1 qol vurub. Daha sonra Belçika "Standard"ında icarədə oynayıb. 2022-ci ildən Rusiya klubunun uğurları üçün çalışır.

"Soçi"də 11 görüşdə 1 dəfə fərqlənən Sissakonun Rusiya klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.