PFL-in rəsmisi ÇL-in "İnter" - "Leypsiq" oyununa təyinat aldı
Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA Çempionlar Liqası oyununa təyinat alıb.
Mediasport.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının əsas mərhələsinin "İnter" (İtaliya) - "Leypsiq" (Almaniya) oyununda UEFA nümayəndəsi olacaq.
Qarşılaşma noyabrın 26-da baş tutacaq.