Elçin Məsiyev Millətlər Liqası matçında iş başında olacaq

Elçin Məsiyev Millətlər Liqası matçında iş başında olacaq

FİFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Mediasport.az xəbər verir ki, o, UEFA Millətlər Liqasının C Liqasının 3-cü qrupu çərçivəsində keçiriləcək 6-cı turun Lüksemburq - Şimali İrlandiya oyununun baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Peter Bankes və Andre Madli olacaq.

Noyabrın 18-də Lüksemburq şəhər stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 23:45-də başlanacaq.