İsveç - Azərbaycan duelində əsas söz sahibi Pavel Raçkovski olacaq

İsveç - Azərbaycan duelində əsas söz sahibi Pavel Raçkovski olacaq

UEFA Millətlər Liqasının C Liqasının 1-ci qrupunun 6-cı turunun İsveç - Azərbaycan oyununun hakim təyinatları müəyyənləşib.

Mediasport.az xəbər verir ki, qarşılaşmanı Polşadan olan hakimlər idarə edəcəklər.

Noyabrın 19-da keçiriləcək görüşün baş hakimi Pavel Raçkovski olacaq.

Ona Radoslav Syejka və Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Voytseh Miç yerinə yetirəcək.

Solnadakı "Strauberri Arena"da təşkil olunacaq İsveç - Azərbaycan dueli Bakı vaxtı ilə 23:45-də başlayacaq.