73-cü yaşlı Ranyerinin paytaxt klubuna 3-cü qayıdışı rəsmiləşdi
Məşhur İtalyan məşqçi Klaudio Ranyerinin "Roma"ya qayıdışı rəsmiləşib.
Mediasport.az xəbər verir ki, 73 yaşlı mütəxəssis paytaxt klubuna 3-cü dönəm rəhbərlik edəcək.
İvan Yuriçi əvəz edəcək Ranyeri ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.
Xatırladaq ki, o, 2009-2011-ci və 2019-cu illərdə də “canavarlar"ın baş məşqçisi olub.