Əliyar Ağayev Avropa Liqasının 3-cü raund oyununa təyinat aldı
UEFA Azərbaycanın FİFA referisi Əliyar Ağayevə növbəti dəfə etimad göstərib.
Mediasport.az xəbər verir ki, 37 yaşlı ədalət təmsilçisi Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Panevejis” (Litva) - "Makkabi" (Təl-Əviv, İsrail) qarşılaşmanın baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Elçin Məsiyev AVAR kimi işləyəcək.
Matç avqustun 8-də Panevejis şəhərində yerləşən “Aukştaytiya” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.