Elnur Əşrəfoğlunun xatirəsinə “Media turniri-5” keçiriləcək

Elnur Əşrəfoğlunun xatirəsinə “Media turniri-5” keçiriləcək

AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə idman jurnalitləri arasında növbəti Media turniri keçiriləcək. 5-ci dəfə baş tutacaq yarış tanınmış idman jurnalisti, mərhum Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunacaq.

Mediasport.az xəbər verir ki, Turnirdə öncəki 4 yarışda iştirak etmiş, həmçinin Peşəkar Futbol Liqasında 2023-2024-cü il mövsümü üçün akkreditasiyadan keçmiş idman jurnalitləri, həmçinin idman federasiyalarının mətbuat katibləri də iştirak edə biləcəklər.

Bundan başqa, “Media Turniri-5”də əlavə olaraq, “Əşrəfoğlunun dostları” komandası da müsabiqədərkənar iştirak edəcək. Bu komanda ilə oyunlarda qeydə alınacaq nəticə turnir cədvəlində əksini tapmayacaq. 

Turnirin qeydiyyatına bu gün başlayırıq, sentyabrın 27-si isə son tarixdir (27 sentyabr saat 18:00). “Media turniri-5” oktyabrın əvvəlində start götürəcək.

Heyəti formalaşan komandanın kapitanı siyahını info@ift.az, rashad.mammadov85@gmail.com və mahal80@mail.ru elektron ünvanına göndərə bilər. Hər komanda minimum 10, maksimum 13 oyunçu sifariş edə bilər. Turnirin oyunları həftənin çərşənbə axşamı və çərşənbə günləri saat 20:00 və 21:00-da AFFA-nın həyətindəki süni örtüklü meydanda keçiriləcək. Dairəvi sistemlə (1 dövrə) təşkil olunacaq yarışın yekununda ən çox xal toplayacaq komanda qalib elan olunacaq.