"Bayer" 36 oyun məğlubiyyətsiz seriya ilə "10-luq"da sonuncudur
Avropada ən uzun məğlubiyyətsizlik seriyası əldə etmiş futbol klublarının siyahısı açıqlanıb.
Mediasport.az xəbər verir ki, siyahıya 58 oyunun hamısında qələbə qazanmış “Milan” başçılıq edir.
İtaliya nəhəngi bu uğura 1991-1993-cü illər mövsümlərində imza atıb.
“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 finalında rəqibi “Bayer” "10-luq"da sonuncu pillədə qərarlaşıb.
Avropada ən uzun məğlubiyyətsizlik seriyası olan klublar
1.“Milan”, İtaliya – 58 oyun (1991-1993)
2.“Bavariya”, Almaniya – 53 oyun (2012-2013)
3.“Arsenal”, İngiltərə - 49 oyun (2003-2004)
4.“Yuventus”, İtaliya - 49 oyun (2011-2012)
5.“Barselona”, İspaniya - 43 oyun (2017-2018)
6.“Nottingem Forrest”, İngiltərə - 42 oyun (1997-1998)
7.“Çelsi”, İngiltərə - 40 oyun (2004-2005)
8.“Fiorentina”, İtaliya - 40 oyun (1995-1996)
9.“Real Sosyedad”, İspaniya - 38 oyun (1979-1980)
10.“Bayer”, Almaniya – 36 oyun (2023-).