Rahilin komandası səfərdə uduzub
Azərbaycan milli komandasının üzvü Rahil Məmmədovun komandası "Radomyak" Polşa çempionatında "Vidzev" ilə qarşılaşıb.
Mediasport.az xəbər verir ki, matç Rahilin komandasının məğlubiyyəti ilə başa çatıb - 2:3.
Məmmədov oyuna start heyətdə başlayıb, 41-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb, 88-ci dəqiqədə əvəzlənib.
"Radomyak" turnir cədvəlinin 16-cı pilləsində yer alıb.