Azarkeşlərə kənar əşya atan "Neftçi"li ilə bağlı YENİ QƏRAR

Azarkeşlərə kənar əşya atan "Neftçi"li ilə bağlı YENİ QƏRAR

"Neftçi"nin futbolçusu Ervin Koffi Premyer Liqanın 2-ci turunun "Səbail"lə matçından sonra (1:1) azarkeşlərə kənar əşya atdığı üçün diskvalifikasiya edilmişdi.

Mediasport.az xəbər verir ki, AFFA-nın Apellyasiya Arbitraj Tribunalı futbolçunun cəzasının azaldılması ilə bağlı qərar qəbul edib.

Cinah müdafiəçisinə verilmiş 2 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni bir oyunluq cəza şərti tətbiq edilib. Oyunçuya 3 aylıq sınaq müddəti verilib.

Xatırladaq ki, "ağ-qaralar"a buna görə tətbiq edilmiş 2000 manat cərimə qüvvədə saxlanılıb.