Azərbaycan ən yaxşı idman qurğuları müsabiqəsində yer alıb

Azərbaycan ən yaxşı idman qurğuları müsabiqəsində yer alıb

Rusiyanın İdman Nazirliyi, Rusiya Olimpiya Komitəsi və Rusiya İdman Qurğuları Assosiasiyası tərəfindən təşkil edilən ən yaxşı idman qurğuları müsabiqəsində Azərbaycanın iki idman kompleksi fərqlənib.

Mediasport.az xəbər verir ki, müsabiqənin "Ən möhtəşəm idman qurğusu" nominasiyasında Milli Gimnastika Arenası ikinci yerə layiq görülüb.

Heydər Əliyev adına İdman-Konsert Kompleksi isə Təşkilat Komitəsinin xüsusi seçilən obyekti olub.

Müsabiqədə Rusiya ilə yanaşı, 4 ölkənin - Azərbaycan, Özbəkistan, Belarus və Ermənistan idman qurğuları da yarışıblar.

Münsiflər heyətində Azərbaycanı Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Fikrət Hüseynov təmsil edib.