Bakı kənd və qəsəbələri turnirində yarımfinalçılar məlum olub
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib.
Mediasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 8 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları mübarizə aparır.
1/4 final mərhələsinin ilk günündə "Günəşli" və "Şağan" komandalarının duelində birincilər qələbə qazanıblar - 3:0. Növbəti görüşdə "Qaraçuxur" "Mərdəkan" komandasına 2:5 hesabı ilə uduzub.
Yarışın ikinci günündə "Zabrat" "Biləcəri"yə (0:1), "Sabunçu" isə "Aşağı Güzdək" komandasına (1:3) hesabı ilə məğlub olub.
Beləliklə, "Günəşli", "Mərdəkan", "Biləcəri" və "Aşağı Güzdək" komandaları yarımfinala çıxıblar.