Ermənistan televiziyası "Qarabağ"ın oyununu canlı yayımlayacaq

Ermənistan televiziyası "Qarabağ"ın oyununu canlı yayımlayacaq

UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində bu gün Almaniyada "Bayer"in qonağı olacaq “Qarabağ”ın oyununa maraq kifayət qədər böyükdür.

Mediasport.az xəbər verir ki, Leverkuzenin "BayArena" stadionunda baş tutacaq qarşılaşma dünyanın bir çox ölkəsində canlı yayımlanacaq.

Ölkəmizdəki azarkeşlər matçı 23:00-dan etibarən “CBC Sport”dan izləyə biləcəklər.

Görüş Türkiyənin “Exxen” və Rusiyanın “Match! Football 3” kanalları vasitəsilə də təqdim ediləcək.

Ən maraqlısı odur ki, oyun Ermənistanın "Fast" telekanalı vasitəsilə də canlı yayımla veriləcək.