Təmkin Xəlilzadə karyerasını 2-ci Liqa klubunda davam etdirəcək
Azərbaycan millisinin keçmiş futbolçusu Təmkin Xəlilzadə özünə yeni komanda tapıb.
Mediasport.az xəbər verir ki, müdafiəçi yeni mövsümdən II Liqada mübarizə aparacaq "Füzuli"də çıxış edəcək.
Qarabağ təmsilçisi Xəlilzadə ilə razılaşıb, tərəflər 1 illik müqavilə bağlayacaqlar.
30 yaşlı Xəlilzadə "Qarabağ", AZAL, "Zirə", "Qəbələ", "Sabah" klublarında forma geyinib.
O, 2017-ci ildən Azərbaycan millisinin heyətində 17 oyun keçirib, 3 qol vurub.