Əzəli rəqiblərin mübarizəsində penaltilər: Kim daha çox qol vurub?

Əzəli rəqiblərin mübarizəsində penaltilər: Kim daha çox qol vurub?

2000-ci ildən bəri Avropanın TOP-5 liqasında bütün turnirlər daxil olmaqla penaltidən ən çox qol vuran futbolçuların adları bəlli olub.

Mediasport.az xəbər verir ki, hazırda Avropadan kənarda - Asiya qitəsində top qovan Kriştianu Ronaldu birinci pillədə yer alıb.

Portuqaliyalının əzəli rəqibi, Avropanı Amerika qitəsinə dəyişən Lionel Messi ikinci pillədə qərarlaşıb.

İlk "3-lüy"ü İtaliya futbolunun canlı əfsanəsi Françesko Totti tamamlayıb.

2000-ci ildən bu yana penaltidən ən çox qol vuran futbolçular

1. Kriştianu Ronaldu - 129 qol

2. Lionel Messi - 84 qol

3. Françesko Totti - 74 qol

4. Zlatan İbrahimoviç - 69 qol

5. Robert Levandovski - 62 qol

6. Çiro İmmobile - 60 qol

7. Edinson Kavani - 52 qol

8. Domeniko Berardi - 51 qol

9. Frenk Lempard - 50 qol

10. Vissam Ben Yedder - 47 qol

Rövşən

Mənbə: "Transfermarkt"