Millimizin üzvü komandasına qələbə qazandırıb - VİDEO

Millimizin üzvü komandasına qələbə qazandırıb - VİDEO

Futbol üzrə Niderland birinci divizionunda 18-ci turun oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" evdə "Emmen"lə üz-üzə gəlib.

5 qolun qeydə alındığı görüş futbolçumuzun komandasının əzmkar qələbəsiylə bitib – 3:2.

90 dəqiqə meydanda olan Ozan 2 qol vuraraq qələbədə böyük pay sahibi olub.

"Eyndhoven" hazırda 26 xalla 20 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.