"Bayer"in üzvü: "Fasilədə başa düşdük ki, qalib gələ bilməyəcəyik"
"O qədər də yaxşı oynamadıq. "Qarabağ" bizdən üstün idi. 60-70 dəqiqə 120 faiz güc sərf etdilər"
Mediasport.az xəbər verir ki, bu sözləri "Bayer"in yarımmüdafiəçisi Robert Andrix deyib.
Almaniya klubunun futbolçusu UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində dünən Bakıda baş tutmuş görüş haqda təəssüratlarını bölüşüb.
2:2 hesablı bərabərliyi şərh edən təcrübəli futbolçu “Qarabağ” haqda yüksək fikirlər səsləndirib:
"Biz ləng idik və kifayət qədər aqressiv deyildik. Ancaq rəqib əks-hücumlarda şansını gözləyirdi. Fasilədə düşündük ki, bu görüşdə qalib gələ bilməyəcəyik, amma evə yaxşı nəticə ilə qayıtmalıyıq. İki qol vurararaq məğlubiyyətdən qaçmağımız, komandanın ruhundan xəbər verir".
Qeyd edək ki, cavab görüşü martın 14-də Leverkuzendə keçiriləcək.