Federasiya "Səbail", "Şamaxı" və "Kəpəz"i cəzalandırdı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
mediasport.az xəbər verir ki, bu gün baş tutan iclasda aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın XV turunun “Neftçi” – “Səbail” oyununda “Səbail” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilir (maddə 39.);
Premyer Liqanın XV turunun “Şamaxı” – “Kəpəz” oyununda “Şamaxı” klubunun 5 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilir (maddə 39.);
“Kəpəz” klubunun 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilir (maddə 39.).