“Fəlakət! Alçaldılma! Ayıb! "Qarabağ" Razqradın ortasında..."
Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Bolqarıstanda "Ludoqorets"i darmadağın etməsi ölkə mətbuatının gündəminə bomba kimi düşüb.
Mediasport.az xəbər verir ki, yerli media ölkələrinin ən güclü klubunun düşdüyü vəziyyəti fəlakət adlandırıb.
2:7 hesablı məğlubiyyətə müxtəlif başlıqlar verən bolqar həmkarlarımız Qurban Qurbanovun komandasının qələbəsini "Ludoqorets" üçün rüsvayçı nəticə hesab edib:
“Fəlakət! Alçaldılma! Ayıb! "Qarabağ" Razqradın ortasında "Ludoqorets"i 7:2 hesabı ilə məğlub etdi!”.
Bolqarıstanın məşhur "topsport.bg" saytı:
"Ludoqorets" Razqradın ortasında əsl fəlakətlə üzləşib və Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"a 2:7 hesabı ilə uduzub.
İlk oyunda Azərbaycanda 2:1 hesabı ilə qalib gələn “qartallar” əlavə vaxtdan sonra öz stadionunda biabır oldular və “Qarabağ”a 4:8 hesabı ilə yenilərək Çempionlar Liqasının pley-off mərhələsinə çıxmaq arzusunu puç etdilər”.