Postsovetdə 1-ci olan "Qarabağ" dünya sıralamasında 5 pillə gerilədi

Postsovetdə 1-ci olan "Qarabağ" dünya sıralamasında 5 pillə gerilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

mediasport.az xəbər verir ki, 300 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" var.

Aktivində 141 xalı olan Ağdam klubu ötən ayla müqayisədə 5 pillə geriləyərək 67-ci sıraya düşüb. Qurban Qurbanovun komandası Avropa təmsilçiləri arasında 46-cı, postsovet məkanında 1-cidir.

Reytinqdə lider dəyişib. 320 xal toplayan İspaniya nəhəngi “Real” 295 xalla birinci olan "Flamenqu"nu qabaqlayaraq zirvəyə çıxıb. “Mançester Siti” isə 254 xalla 3-cü pillədəki möqveyini qoruyub.