Azərbaycan millisinin heyəti açıqlandı - SİYAHIda yeni adlar var

Azərbaycan millisinin heyəti açıqlandı - SİYAHIda yeni adlar var

Bakıda keçiriləcək "FİFA Series – Edition 2024” turnirində mübarizə aparacaq Azərbaycan milli komandası martın 18-dən 25-dək təlim-məşq toplanışı keçirəcək.  

Mediasport.az AFFA-ya istinadən xəbər verir ki, toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Şahruddin Məhəmmədəliyev "Adana Dəmirspor" (Türkiyə), Səlahət Ağayev ("Səbail"), Rza Cəfərov ("Neftçi"), Aleksey İsayev, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Toral Bayramov, Bədavi Hüseynov (hamısı "Qarabağ"), Amin Seydiyev, Elvin Camalov (hər ikisi "Sabah", Coşqun Diniyev ("Ümraniyespor"), Eddi İsrafilov, Emin Mahmudov, Filip Ozobiç (hamısı "Neftçi"), Ceyhun Nuriyev, Qismət Alıyev (hər ikisi "Zirə"), Musa Qurbanlı ("Yurqorden", İsveç), Ozan Can Kökçü ("Eyndhoven") Rahil Məmmədov ("LKS Lodz", Polşa), Ramil Şeydayev ("Kocaelispor", Türkiyə) Renat Dadaşov ("Hatayspor", Türkiyə), Bəxtiyar Həsənalızadə ("Tuzlaspor", Türkiyə), Vüsal İsgəndərli ("Boluspor", Türkiyə), Emil Mustafayev ("Polessya", Ukrayna);

Ehtiyat oyunçular: Murad Xaçayev, Rövlan Muradov (hər ikisi "Sumqayıt"), Orxan Əliyev ("Araz-Naxçıvan"), Rüfət Abdullazadə ("Səbail").

Qeyd edək ki, yığmamız yarış çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda martın 22-i, saat 20:00-da Monqolustan, martın 25-i saat 20:00-da isə Bolqarıstanla üz-üzə gələcək.