Avropa Konfrans Liqasında pley-offa bir oyunla start veriləcək

Avropa Konfrans Liqasında pley-offa bir oyunla start veriləcək

Bu gün UEFA Avropa Konfrans Liqasında pley-off mərhələsinə start veriləcək.

Mediasport.az xəbər verir ki, birinci oyun günündə 1 matç baş tutacaq.

Bu mərhələnin digər cütlərinin ilk oyunları 21 və 22 avqustda keçiriləcək.

Xatırladaq ki, təmsilçimiz "Zirə" Kiprin "Omoniya" kollektivi ilə 2 gün sonra üz-üzə gələcək.

UEFA Avropa Konfrans Liqası. Pley-off mərhələsi. İlk oyun

20:00 "Noa" (Ermənistan) - "Rujomberok" (Slovakiya)