Fərid Qayıbov ASA-nın direktoru Elmar Mirsalayevlə görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayevlə görüşüb.
Mediasport.az xəbər verir ki, görüşdə ASA-nın icraçı direktoru sığorta sektorunda görülən işlər, həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlər haqqında məlumat verib.
Gənclərin və peşəkar idmançıların sığortaya cəlb olunması və onların sığorta ilə bağlı məlumatlılıq səviyyələrinin artırılması məqsədilə ASA tərəfindən həyata keçirilməsi nəzərdə tutulan “Sığortalı gənclik - Sığortalı gələcək” layihəsi barədə danışıb.
Həmçinin ümumrespublika səviyyəsini əhatə edəcək bu layihə ilə gənclərdə sığortaya marağın artırılması və sığorta vərdişlərinin yaradılmasının mümkün olacağı qeyd olunub.
Görüş zamanı gənclərə və peşəkar idmançılara ünvanlı “Sığortalı gənclik - Sığortalı gələcək” layihəsinin reallaşdırılması ilə bağlı ilkin razılıq əldə olunub.