Mərhum Elnur Əşrəfoğlunun xatirə turniri hər il ənənəvi olaraq keçiriləcək
Pirşağı-Kürdəxanı İdman Kompleksində idman jurnalisti, Azərbaycan Cüdo Federasiyasının sabiq baş katibinin müavini Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunan cüdo üzrə açıq turnirə yekun vurulub.
mediasport.az xəbər verir ki, yarışda Bakı idmançıları ilə yanaşı, Sumqayıt və Quba da daxil olmaqla, ümumilikdə 100-dən artıq cüdoçu qalib adı uğrunda mübarizə aparıb.
Fərqlənən iştirakçılara diplom və medallar təqdim edilib. Təşkilatçılar Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunan turnirin hər il ənənəvi olaraq keçiriləcəyini bildiriblər.
2021-ci ildə dünyanı cənginə almış koronavirusa yoluxan mərhum jurnalist oktyabrın 19-da müalicə aldığı xəstəxanada dünyasını dəyişib. O, uzun illər Azərbaycan Televiziyasında, Azərbaycan Cüdo Federasiyasında və "Neftçi"də çalışıb.