"Neftçi” Azərbaycanın ən böyük və tarixi klubudur" - Miodraq Bojoviç
"Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov və baş məşqçisi Miodraq Bojoviç azarkeşləri qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.
Mediasport.az xəbər verir ki, monteneqrolu mütəxəssis qarşıya qoyulan hədəflərə 2024-cü ildə çatacaqlarına inandığını deyib.
Fərrux Mahmudov: “Kollektivimizi, azarkeşlərimizi, “Neftçi” ailəsinin hər bir üzvünü, xalqımızı Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəliyi Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Xalqımıza xoş və firavan həyat arzulayıram. Bayramınız mübarək!”.
Miodraq Bojoviç: “Bütün “Neftçi” azarkeşlərini və Azərbaycan xalqını Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəliyi Günü münasibətilə ürəkdən təbrik edirəm. Ümid edirəm ki, qarşıdan gələn 2024-cü il komandamız üçün uğurlu və düşərli olacaq. “Neftçi” Azərbaycanın ən böyük və tarixi klubudur. Bu ildə qarşıya qoyduğumuz hədəflərə birlikdə çatacağımıza inanıram. Bayramınız mübarək!”.