FİF-in icraçı direktoru Uels Futbol Fondunun rəsmisi ilə görüşüb
Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev səfərdə olduğu Böyük Britaniyada Uels Futbol Fondunun direktoru Aled Lyuis ilə görüşüb.
Mediasport.az xəbər verir ki, görüş zamanı fondların fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, Uels fondunun həyata keçirdiyi infrastruktur layihələrinə baxış keçirilib.
Növbəti gün Tural Piriyev Uels Futbol Assosiasiyasının baş direktoru Noel Muni ilə görüşüb. Görüşdə fondların qarşılıqlı əməkdaşlığı müzakirə edilib, assosiasiya tərəfindən yerli klubların dayanıqlı inkişafı və maliyyə imkanlarının artırılması planları barədə məlumat verilib.
Səfər çərçivəsində Tural Piriyevin bir sıra fondlarla və idarəetmə formatları, ictimaiyyətlə əlaqələrin qurulması və kommersiya fəaliyyətlərinin öyrənilməsi, gələcəkdə region klublarında tətbiqi ilə əlaqədar İngiltərə Çempionşipi, Liqa 1 və Liqa 2-də mübarizə aparan klublarla görüşü nəzərdə tutulub.