"Futbol+" 25 yaşında!
Bu gün "Futbol+" qəzetinin fəaliyyətə başlamasından 25 il keçir.
Qəzetin ilk sayı 1997-ci il oktyabrın 21-də işıq üzü görüb.
Müstəqillik dövründə fəaliyyət göstərən ən uzunömürlü futbol nəşridir. Qəzet ötən 25 il ərzində müntəzəm nəşr olunub. Hazırda həftədə üç dəfə (çərşənbə axşamı, cümə axşamı və cümə günləri) işıq üzü görür. Yarandığı gündən indiyə qədər baş redaktoru Mahir Rüstəmlidir.
"MediaSport.az" saytının kollektivi "Futbol+"də çalışan həmkarlarını təbrik edir, onlara möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzulayır!