"Yay Futbol Düşərgəsi": "Sumqayıt" şagirdləri bir araya toplayıb

  "Yay Futbol Düşərgəsi": "Sumqayıt" şagirdləri bir araya toplayıb

"Paşa Həyat Sığorta" ASC və "İkar-Qrup" MMC-nin ("Kəhriz Su") sponsorluğu, "Azərikimya" İB-nin dəstəyi və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə "Sumqayıt" futbol klubunun təşkil etdiyi "Yay Futbol Düşərgəsi" layihəsinə start verilib.

Mediasport.az xəbər verir ki, dünən start götürən layihə 9 gün müddətində 3 qrup üzrə keçiriləcək. Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən məktəb və liseylərin 100-dən artıq oğlan və qız şagirdi iştirak edəcək.

Bu layihə 2014-cü ildən "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu və "Azərikimya" İB-nin ilə keçirilir və bu müddət ərzində 1000-dən çox məktəbli bu seminarın iştirakçısı olub.